Tovuz sakini dəm qazından zəhərlənib

Tovuz sakini dəm qazından zəhərlənib
# 02 aprel 2017 11:51 (UTC +04:00)

Tovuzda dəm qazından zəhərlənmə olub.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, rayon sakini 1972-ci il təvəllüdlü Məhərrəmova Qəmər Rahib qızı yaşadığı evin hamamında olarkən dəm qazından zəhərlənib.

Q. Məhərrəmova dərhal Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR