Deputatlarımız Qüds uğrunda Parlamentarlar Liqasının konfransında iştirak edəcək

Deputatlarımız Qüds uğrunda Parlamentarlar Liqasının konfransında iştirak edəcək
# 26 noyabr 2016 14:04 (UTC +04:00)

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov noyabrın 28-dən 30-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətimiz Qüds uğrunda Parlamentarlar Liqasının Birinci İllik Konfransında iştirak edəcək.

Toplantıda fələstinlilərin hüquqlarının dəstəklənməsində beynəlxalq təşkilatların rolu, Fələstin Qanunvericilik Şurasının üzləşdiyi çağırışlar, Qüdsdə vəziyyət və digər mövzularda müzakirələr aparılacaq.

Tədbirdə Fələstin barədə, habelə Türkiyədə bu ilin 15 iyul tarixində baş vermiş hadisələrə həsr olunmuş filmlər nümayiş etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR