Giorgi Kvirikaşvili: “Gürcüstanın ideoloji və sivil seçimi Avropa Birliyidir”

Giorgi Kvirikaşvili: “Gürcüstanın ideoloji və sivil seçimi Avropa Birliyidir”
# 26 noyabr 2016 20:07 (UTC +04:00)

Yeni hökumətin və parlamentin birgə səyləri ilə biz fədakarlıqla çalışacağıq və bu böyük etimadı doğruldacağımıza əminəm. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri bu gün parlamentdə çıxış edən baş nazir vəzifəsinə namizəd Giorgi Kvirikaşvili bildirib. O, çıxışında qeyd edib ki, xalqın tarixi seçimi Avropa ailəsidir. Xalqın yalnız bir siyasi seçimi deyil, həm də ideoloji və sivil seçimi var. Bu, Avropa Birliyidir. Bu, ilk növbədə dəyişən dünyanın qarşısında daha yaxşı həyat yolunda vətəndaşlarımızın azadlığı, təhlükəsizliyi və iqtisadi imkanlarının genişləndirilməsidir və biz bunun üçün çalışırıq”, - G. Kvirikaşvili bildirib.

G. Kvirikaşvili parlamentdəki çıxışında hər kəsə qulaq asmaq və ölkə üçün ən mühüm qərarlar qəbul etməklə konsensus əldə etməyə hazır olduqlarını bildirib: “Vətəndaşlarımız bilməlidir ki, biz yalnız xalqın rifahı və ölkəmizin inkişafına xidmət edən qərarlar qəbul edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR