Meksikada 5,8 bal gücündə zəlzələ baş verib

Meksikada 5,8 bal gücündə zəlzələ baş verib
# 19 iyul 2018 19:03 (UTC +04:00)

Meksikanın Puebla ştatında 5,8 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Puebla de Saraqosa şəhərindən 111 km cənub-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR