Bank Of Baku

Birinci yarımildə valideyn himayəsindən məhrum olmuş uşaqların 232 nəfər qəyyumuna aylıq müavinət verilib

Birinci yarımildə valideyn himayəsindən məhrum olmuş uşaqların 232 nəfər qəyyumuna aylıq müavinət verilib
# 17 avqust 2021 17:58 (UTC +04:00)

2021-ci ilin iyulun 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 109,2 min nəfər, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə - 158,5 min nəfər, ailə başçısını itirməyə görə - 48,8 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşınadək uşaqların sayı 54,4 min nəfər, digər müavinət növlərini alanların sayı isə 23,7 min nəfər olub.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 232 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, Şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilib, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 7,3 min ailəsinə 11,9 min uşaq üçün aylıq müavinət verilib.

Bundan əlavə, 1404 nəfər bir yaşınadək uşağı olan 1382 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,4 min qadına 9,2 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 341 şəxsə isə kompensasiya verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR