Biləsuvarda azot gübrəsinin güzəştli şərtlərlə satışı həyata keçirilib

Biləsuvarda azot gübrəsinin güzəştli şərtlərlə satışı həyata keçirilib
# 12 mart 2019 17:32 (UTC +04:00)

Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

ONA-nın Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə istyinadən verdiyi məlumata görə, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayilli, Astara rayonlarının ardınca növbəti səyyar satış mart ayının 12-də Biləsuvar rayonunun Ağayrı kəndində baş tutub.

Bu rayona yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlanıb.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə ediblər.

Biləsuvar rayonunda keçirilən səyyar satış zamanı Ağayrı və ətraf 16 kənd üzrə 94 vətəndaş müraciət edərək onlardan 57 nəfər səyyar satışdan güzəştli şərtlərlə gübrə əldə ediblər. Biləsuvarda keçirilən səyyar satışda 40,1 ton ammonium nitrat gübrəsi satılıb.

Qeyd edək ki, martın 13-də Saatlı rayonunun Çolpı kəndində mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR