Azərbaycan prezidenti Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycan prezidenti Şəhidlər Xiyabanını ziyarət edib
# 20 yanvar 2017 07:21 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib.

APA-nın xəbərinə görə, dövlət başçısı 20 Yanvar faciəsinin qurbanlarının məzarları üzərinə qərənfillər düzüb.

Prezident “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri - baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, deputatlar, diplomatik korpusun təmsilçiləri də Şəhidlər Xiyabanını ziyarət ediblər.

Qeyd edək ki, 1990-cı il yanvarın 20-də baş verən hadisələrin 27-ci ildönümü ilə əlaqədar səhər saatlarından 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR