İngiltərədə qırıcı təyyarənin magistral yola çırpılması nəticəsində 7 nəfər ölüb

İngiltərədə qırıcı təyyarənin magistral yola çırpılması nəticəsində 7 nəfər ölüb
# 22 avqust 2015 19:27 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyada qırıcı təyyarə qəzaya uğrayaraq, magistral yolda olan avtomobillərə çırpılıb, nəticədə 7 nəfər ölüb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, qəza İngiltərənin cənubundakı Qərbi Susseks qraflığında “Shoreham Airshow” aviaşousu zamanı baş verib.

“Hawker Hunter” tipli qırıcı-bombardmançı təyyarənin “A27” magistral avtomobil yoluna düşdüyü bildirilir. Hazırda yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Şahidlərin sözlərinə görə, şou zamanı pilot manevri tamamlaya bilməyib, nəticədə təyyarə yola çırpılıb.

İlkin məlumata görə, pilot sağ qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR