Tovuzda avtomobil qəzasında xəsarət alanların adları məlum olub - YENİLƏNİB

Tovuzda avtomobil qəzasında xəsarət alanların adları məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 20 sentyabr 2017 17:07 (UTC +04:00)

Tovuzda avtomobil qəzasında xəsarət alanların adları məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunlar Qovlar şəhər sakinləri - sürücülər 80 yaşlı Mayıl Səfərov, 29 yaşlı Tural İbrahimov və sərnişin, 47 yaşlı Elmira Tağıyevadır.

Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

*** 16.53

Tovuzda iki avtomobil toqquşub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Quşçu-Qovlar avtomobil yolunda qeydə alınıb. İki "VAZ 2106" markalı avtomobilin toqquşması zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR