Azərbaycanda maliyyə hesabatı verməyən partiyaların adları məlum olub

Azərbaycanda maliyyə hesabatı verməyən partiyaların adları məlum olub
# 13 avqust 2015 09:07 (UTC +04:00)

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov bildirib ki, ümumilikdə 51 partiya illik maliyyə hesabatını təqdim edib. 4 partiya isə illik maliyyə hesabatını təqdim etməyib. İllik maliyyə hesabatını MSK-ya təqdim etməyən partiyalar bunlardır: Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Naminə Alyans Partiyası.


Qeyd edək ki, bu il qanunvericilikdə edilən dəyişikliyə əsasən, Azərbaycandakı siyasi partiyalar maliyyə hesabatlarını MSK-ya təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR