Bəkir Bozdağ: “Səfirin geri çağırılması əlaqələrin kəsilməsi demək deyil”

Bəkir Bozdağ: “Səfirin geri çağırılması əlaqələrin kəsilməsi demək deyil”
# 05 fevral 2018 18:10 (UTC +04:00)

Türkiyə hökuməti diplomatik kanallarla Niderlandla əlaqə saxlayır.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ bəyan edib.

«Səfirin geri çağırılması əlaqələrin kəsilməsi demək deyil. Türkiyə ilə Niderland arasında diplomatik əlaqələr kəsilməyib», deyə B.Bozdağ qeyd edib. O, yaxın gələcəkdə mövcud vəziyyətin həll olunacağına ümid etdiyini vurğulayıb.

Bu gün Niderland Türkiyədəki səfirini geri çağırıb. Niderland XİN-in bəyanatında bildirilib ki, Türkiyə niderlandlı səfirin ölkəyə girişinə icazə verməyənədək türkiyəli diplomata da qarşılıqlı qadağa qoyulacaq.

Qeyd edək ki, ötən ilin martında Niderland hökuməti Rotterdama səfər etməyi planlaşdıran Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun ölkəyə girişinə qadağa qoyub. XİN rəhbərinin səfərinin məqsədi Niderlandda yaşayan Türkiyə vətəndaşları arasında referendumla əlaqədar təşviqat aparmaq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR