Ağstafada piyadanı avtomobil vurub

Ağstafada piyadanı avtomobil vurub
# 22 iyul 2018 22:27 (UTC +04:00)

Ağstafada piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Ağstafa şəhəri ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Opel” markalı avtomobil yolu keçmək istəyən, Aşağı Göycəli kənd sakini 1971-ci il təvəllüdlü Piriyev Mürşüd Əhməd oğlunu vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Ağstafa rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR