UEFA-nın prezidenti Bakıya gəlir

UEFA-nın prezidenti Bakıya gəlir
# 08 sentyabr 2015 09:44 (UTC +04:00)

Bakı – APA. UEFA-nın prezidenti, FİFA prezidenti vəzifəsinə namizəd Mişel Platini bu ilin oktyabrında ölkəmizə səfər edəcək. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, onu Azərbaycana AFFA dəvət edib.

Səfər çərçivəsində UEFA prezidenti Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa olunmuş Azərbaycan milli komandalarının təlim-məşq bazasının açılışında iştirak edəcək və Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyununu izləyəcək.

Xatırladaq ki, Platini Azərbaycan milli komandalarının təlim-məşq bazasının 2013-cü il sentyabrın 21-də keçirilmiş təməlqoyma mərasimində iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR