Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi azalmaqda davam edir

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi azalmaqda davam edir
# 11 iyun 2015 06:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin may ayının 1-ə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 34,9 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 16,9% və ya 7,1 mln. manat azdır.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, aprel ayında dövlət büdcəsindən AİF-ə 2,8 mln. manatlıq vəsait ayrılıb.

Bu ilin yanvar-aprel aylarında AİF 21,9 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

İki aylıq fasilədən sonra apreldə fondun 8 mln. manat həcmində istiqrazları yerləşdirilib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin mayın 1-ə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 482 manat, orta müddəti 279 ay, orta faiz dərəcəsi 6,74%, aylıq ödəniş isə 297,6 manat təşkil edib.

Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 39 749 manat, orta müddəti 278 ay, orta faiz dərəcəsi 6,85%, aylıq ödəniş isə 319 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR