Bakı-2015: Orxan Səfərov gümüş medalla kifayətlənib - VİDEO - FOTOSESSİYA

Bakı-2015: Orxan Səfərov gümüş medalla kifayətlənib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 25 iyun 2015 17:16 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, Səfərov həlledici görüşdə rusiyalı Beslan Mudranovla qüvvəsini sınayıb. Avropa çempionu, dünya ikincisi olan rəqiblə görüş kifayət qədər gərgin alınıb. Orxan qarşılaşmanın başa çatmasına 17 saniyə qalmış fənd işlətmək istəyərkən, ippona düşüb və gümüş medalla kifayətlənib.

60 kq çəki dərəcəsində tatami üzərinə çıxan hər iki təmsilçimiz 1/16 finaldan azad olub. Orxan Səfərov 1/8 finalda Yan Siçardini (Monteneqro) məğlub edən Azərbaycan əsilli Arif Bağırovu (Belarus) sınağa çəkib. Görüş həmyerlimizin inamlı qələbəsi ilə başa çatıb. Cüdoçumuz 1/4 finalda isveçrəli Ludovik Çammartinlə münasibətinə aydınlıq gətirib. Rəqibinə vazari və yuko xalları ilə qalib gələn "Neftçi İdman Klubu"nun üzvü yarımfinalda ispaniyalı Fransisko Qarriqosla gücünü yoxlayıb. Cüdoçumuz bu görüşü də üstün bitirərək, finala yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR