“Neftçi” braziliyalı futbolçunu baxışa çağırdı

“Neftçi” braziliyalı futbolçunu baxışa çağırdı
# 08 sentyabr 2015 09:46 (UTC +04:00)

Bakı – APA. “Neftçi” növbəti transferini reallaşdırmağa hazırlaşır. Apasport.az saytının xəbərinə görə, “ağ-qaralar” baxışa legioner oyunçu dəvət ediblər.

Braziliyalı futbolçu Jairo Rodriges Filyo dünən axşam saatlarında paytaxtımıza gəlib. Müdafiəçi bu gün “Neftçi”nin səhər məşqində iştirak edib. Məşqçilər heyəti müsbət rəy verəcəyi təqdirdə, paytaxt təmsilçisi Filyo ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, 31 dekabr 1992-ci ildə Braziliyada dünyaya göz açmış Jairo Rodriges Filyo bunadək Braziliyanın “Amerika” (2011-2012), Bolqarıstanın “Botev” (2012-2014) və Portuqaliyanın “Trofense” (2014-2015) klublarında çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR