Ötən ay Azərbaycanda 456 hərbi sursat və 3 mina zərərsizləşdirilib

Ötən ay Azərbaycanda 456 hərbi sursat və 3 mina zərərsizləşdirilib
# 07 noyabr 2016 09:35 (UTC +04:00)

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən oktyabr ayı ərzində 1 223 059 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

ANAMA-dan APA-ya verilən məlumata görə, ay ərzində 456 ədəd partlamamış hərbi sursat (PHS) və 3 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Məlumatda həmçinin qeyd olunur ki, agentlik tərəfindən indiyədək cəmi 389 603 952 m2 ərazi təmizlənib, 752 702 ədəd PHS zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR