BTC ilə nəql 6%-dən çox azalıb

BTC ilə nəql 6%-dən çox azalıb
# 07 noyabr 2016 09:31 (UTC +04:00)

Bu ilin oktyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 360 min 330 ton Azərbaycan nefti nəql olunub. SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 6,05% azdır.


Bu ilin yanvar-oktyabr aylarında bu kəmərlə 24 mln. 403 min 652 ton neft ötürülüb ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 1,22% çoxdur.


Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il noyabr ayının 1-ə qədər BTC-yə 317 mln. 79 min 41 ton neft vurulub.


Bundan başqa, bu ilin oktyabr ayında BTC kəməri ilə 263 min 869 ton Türkmənistan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR