Latviyanın Moskvadakı səfirliyi hücuma məruz qalıb

Latviyanın Moskvadakı səfirliyi hücuma məruz qalıb
# 09 may 2018 21:27 (UTC +04:00)

Latviyanın Moskvadakı səfirliyinin binası hücuma məruz qalıb.

APA-nın xəbərinə görə, bu barədə Latviyanın xarici işlər naziri Edqar Rinkeviç “Tvitter”də yazıb.

“Bu axşam Latviyanın Moskvadakı səfirliyinə hücum olub, təcavüzkarlar saxlanılıb. Rusiyanın Xarici İşlər Nazirliyinə nota verəcəyik, diplomatik nümayəndəliyin təhlükəsizliyi və toxunulmazlığını tələb edəcəyik”, nazir yazıb.

Latviya XİN-in mətbuat katibi Qints Eqermanis LETA agentliyinə açıqlamasında bildirib ki, insident Moskva vaxtı ilə saat 17:30-da baş verib. Onun sözlərinə görə, bir neçə nəfər səfirliyin binasına tüstü şaşkaları və fişəng atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR