Meksikadan 12 idmançı Qəbələdə keçirilən Atıcılıq üzrə Dünya Kubokunda iştirak edir

Meksikadan 12 idmançı Qəbələdə keçirilən Atıcılıq üzrə Dünya Kubokunda iştirak edir
# 13 avqust 2015 07:59 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Meksika 6-16 avqust tarixlərində Qəbələdə keçirilən Atıcılıq üzrə Dünya Kubokunda iştirak edir”. Meksikanın Azərbaycandakı Səfirliyindən APA-ya verilən məlumata görə, Meksikanın Atıcılıq üzrə Milli Komandası atıcılığın tapança, tüfəng və qırma tüfəng növlərində mübarizə aparır. Meksikadan yarışlara 12 idmançı qatılıb.

Yarış 100 ölkədən 2000 idmançını bir araya gətirir və 2016-cı il Rio de Janeyro Olimpiya Oyunları üçün 34 lisenziya verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR