Prezident Goranboyda yaşayış binasının tikintisi üçün maliyyə ayırıb

Prezident Goranboyda yaşayış binasının tikintisi üçün maliyyə ayırıb
# 05 iyun 2018 15:22 (UTC +04:00)

Prezident İlham Əliyev Goranboy şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında
sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən Goranboy şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 40 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Goranboy Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR