Bank Of Baku

Yaponiya iqtisadiyyatı bu ilin II rübündə 1,3% böyüyüb

Yaponiya iqtisadiyyatı bu ilin II rübündə 1,3% böyüyüb
# 16 avqust 2021 12:09 (UTC +04:00)

Dünyanın ən böyük üçüncü iqtisadiyyatı olan Yaponiyada bu ilin aprel-iyun aylarında ÜDM illik müqayisədə 1,3% artıb.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, sözügedən göstərici bazarda müəyyən olan 0,7%-lik proqnozu üstələyib. 2021-ci ilin I rübündə ölkə iqtisadiyyatı illik müqayisədə 3,7% kiçilmişdi. ÜDM istehsalının artması COVID-19 pandemiyasından bərpa olunan Yaponiya iqtisadiyyatında istehlakın və kapital xərclərinin böyüməsi ilə əsaslandırılır.

Qeyd edilir ki, II rübdəki artıma baxmayaraq, Yaponiyada artım tempi digər güclü iqtisadiyyatlardan geri qalır. Belə ki, ABŞ-da ilin II rübündə illik müqayisədə 6,5%-lik iqtisadi artım qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR