Kabildə törədilən terror hücumları nəticəsində 13 nəfər ölüb

Kabildə törədilən terror hücumları nəticəsində 13 nəfər ölüb
# 09 may 2018 19:21 (UTC +04:00)

Bu gün Əfqanıstanın paytaxtı Kabildə ardıcıl bir neçə partlayış baş verib, 13 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Deutche Welle” məlumat verib.

Məlumata əsasən, iki terrorçu-kamikadzenin polis məntəqəsinə etdikləri hücum nəticəsində 10 nəfər ölüb. Bundan sonra Kabilin mərkəzində daha bir polis məntəqəsi qarşısında partlayış törədilib, həmçinin naməlum silahlılar bir sıra inzibati binaları atəşə tutublar. Nəticədə 3 nəfərin öldüyü, yaralıların olduğu bildirilir.

Hücumlara görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR