Salyanda avtomobillə vurulan iki qadından biri xəstəxanada ölüb

Salyanda avtomobillə vurulan iki qadından biri xəstəxanada ölüb
# 05 aprel 2018 08:42 (UTC +04:00)

Salyanda qida məhsulları fabrikində çalışan iki qadın avtomobillə vurulub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında rayonun Arbatan kəndində kənd sakini, 1981-ci il təvəllüdlü Fərəcov Fərzalı Aslan oğlunun idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən piyadalar - Salyan sakinləri, 50 yaşlı Səriyyə Nazim qızı Əhədova və Kəmalə Aslan qızı Əsgərovanı vurub.


Xəsarət alan qadınlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Kəllə-beyin travması alan K. Əsgərova travmatologiya şöbəsinə, digər qadın ı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib. Lakin sonuncunun həyatını xilas etmək mümkün olmayıb, o, aldığı ağır xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR