“Luqansk Xalq Respublikası”nın rəhbəri istefa verib

“Luqansk Xalq Respublikası”nın rəhbəri istefa verib
# 24 noyabr 2017 18:01 (UTC +04:00)

Ukraynada separatçıların yaratdığı qondarma “Luqansk Xalq Respublikası”nın rəhbəri İqor Plotnitski istefa verib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, onun səhhəti ilə əlaqədar istefa verdiyi bildirilir.

Bundan əvvəl İqor Plotnitskinin təyyarə ilə Moskvaya gəldiyi məlum olub.

Qondarma respublikanın təhlükəsizlik naziri Leonid Paseçnik yeni seçkilərədək “LXR”-ə rəhbərlik edəcəyini bəyan edib. Onun sözlərinə görə, İqor Plotnitski “LXR”-in Minsk razılaşmaları üzrə müvəkkili təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR