Şəkidə 46 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb

Şəkidə 46 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb
# 11 sentyabr 2015 15:54 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə 46 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün saat 17 radələrində rayonun Cumakənd kəndində qeydə alınıb. Cumakənd kənd sakini, 1969-cu il təvəllüdlü Sadıq Mirzəli oğlu Məmmədovu yaşadığı ünvanda elektrik cərəyanı vurub. Nəticədə Sadıq Məmmədov yerindəcə ölüb.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR