Gürcüstan prezidenti azərbaycanlı tələbələri mükafatlandırıb

Gürcüstan prezidenti azərbaycanlı tələbələri mükafatlandırıb
# 24 may 2018 15:22 (UTC +04:00)

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində etnik azlıqlardan olan tələbələr arasında Müstəqillik günü ilə bağlı elan olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb.

APA-nın yerli bürosunun məlumatına görə, mərasimdə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili iştirak edib. 23 nəfərin qalib olduğu müsabiqədə Gürcüstanın müxtəlif ali məktəblərində gürcü dilinin öyrənilməsi proqramı üzrə təhsil alan tələbələr iştirak edib. Layihənin məqsədi milli azlıqlardan olan tələbələrin ölkənin siyasi və sosial həyatına cəlb olunması, azadlıq və müstəqillik anlayışlarının dərk olunması və maarifləndirilmənin artırılması olub.

G. Marqvelaşvili tələbələri ilk respublikanın yaranmasının 100 illiyi münasibətilə təbrik edərək onları yubileylə bağlı təşkil olunacaq bayram tədbirlərində fəal iştiraka çağırıb. “Sizin hər biriniz etnik mənsubiyyətdən asılı olmayaraq vətənimizi gücləndirirsiniz. Siz ölkənin gələcəyini yaradanlardan olmalısınız”.


Dövlət başçısı Gürcüstanı müxtəlif din və millətləri təmsil edən insanlarla daha da güclü olduğunu qeyd edib: “Gürcüstanın müstəqilliyini möhkəmləndirən və Gürcüstan bayrağını ucaldanlar arasında müxtəlif etnik mənsubiyyətə məxsus vətəndaşlar olub. Biz Gürcüstanın vətəndaşları və müxtəlif din və millətlərin olduğu ölkənin övladlarıyıq. Bu müxtəlifliklə biz daha güclü olmuşuq. Bu çox vacib ənənəni qoruyub saxlayın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR