Azərbaycanda indiyədək 12 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti qeydiyyatdan keçib

Azərbaycanda indiyədək 12 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti qeydiyyatdan keçib
# 27 avqust 2015 15:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Mənzil Məcəlləsindən irəli gələn məsələlərin və mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərin təbliği, çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqinin sürətləndirilməsi, eləcə də Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin (MMMC) yaradılmasının dəstəklənməsi istiqamətində tədbirlər davam etdirilir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görülmüş tədbirlərin nəticəsidir ki, daha 3 MMMC - “Yasamal-1”, “Yasamal-3” və “Səbail-2” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Bununla da, Bakı şəhərində Binəqədi və Yasamal rayonlarının hər birində 4, Səbail rayonunda 2, Nəsimi və Xətai rayonlarında isə hər birində 1 MMMC olmaqla, dövlət qeydiyyatından keçən MMMC-lərin sayı 12-yə çatıb.

Hazırda ayrı-ayrı ünvanlarda yerləşən çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, eləcə də Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin yaradılması ilə bağlı müvafiq işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR