OPEC ölkələri nazirləri rəsmi iclas öncəsi görüşüb

OPEC ölkələri nazirləri rəsmi iclas öncəsi görüşüb
# 30 noyabr 2016 09:36 (UTC +04:00)

OPEC ölkələri nazirləri arasında bu gün Vyanada keçiriləcək rəsmi iclas öncəsi ilkin görüş keçirilib. “APA-Economics” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Neft İnformasiya Agentliyinin (NİA) Vyanaya ezam olunmuş xüsusi müxbiri məlumat verib.

Onun sözlərinə görə, görüşdə Səudiyyə Ərəbistanı, Venesuela, İraq, İran, Əlcəzair, və Nigeriyanın neft nazirləri, o cümlədən Ekvador və Anqolanın nümayəndələri iştirak edir.

“Bloomberg” agentliyi yazır ki, İranın neft naziri Bidcan Nəmdar Zanqane bu günkü görüşdən “müsbət nəticə” gözlədiyini açıqlayıb. “İran üçün qəbul edilə biləcək təklif var, lakin biz neft qiymətlərinin cari səviyyələrində hasilatın dondurulması və ya azaldılması ölkəmiz üçün uyğun hesab etmirik”, - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR