“Siyasi partiyalar haqqında” və “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanunlara dəyişiklik müzakirə edilib

“Siyasi partiyalar haqqında” və “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanunlara dəyişiklik müzakirə edilib
# 01 mart 2017 09:22 (UTC +04:00)

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Siyasi partiyalar haqqında” və “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanunlara dəyişiklik müzakirə edilib.

APA-nın məlumatına görə, hər iki qanuna dəyişikliyə əsasən Milli Təhlükəsizlik Nazirliyi ləğv edildiyindən, həmin qurumun adı maddədən çıxarılıb, əvəzində isə Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin adı əlavə olunub.

Bundan başqa, “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanuna digər dəyişikliyə əsasən Azərbaycan Respublikasının Prokurorluğu müvafiq icra hakimiyyəti orqanlarını cəlb etməklə, siyasi repressiyaya məruz qalmış şəxslərin işlərini yoxlayır və yoxlamanın nəticələrinə əsasən məhkəmədən kənar tətbiq edilmiş repressiya ilə bağlı bəraət məsələsinə dair (müsbət və ya mәnfi həlli barədə) rəy verir. Hazırda isə bu prosesdə Prokurorluq Daxili İşlər Nazirliyini və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyini cəlb etməklə yoxlama aparır.

Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR