“Qarabağ” yatağının işlənməsi ilə bağlı layihələndirilmə işlərinə başlanılıb

“Qarabağ” yatağının işlənməsi ilə bağlı layihələndirilmə işlərinə başlanılıb
# 07 may 2018 11:44 (UTC +04:00)

SOCAR-ın “Azneft” İstehsalat Birliyi yeni yataqların işlənməsi üzrə görülən işləri açıqlayıb.

APA-Economics”in məlumatına görə, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov “Natural Gas World” dərgisinə müsahibəsində bildirib ki, yeni yataqların işlənməyə verilməsi üçün işlər iki istiqamətdə davam etdirilir.

Onun sözlərinə görə, birinci istiqamət neft-qaz ehtiyatlarının sübut olunduğu strukturların işlənməyə cəlb edilməsi ilə bağlıdır: “Bu məqsədlə “Qarabağ” yatağının işlənməyə verilməsi üçün bu günlərdə detallı layihələndirilmə işlərinə başlanılıb”.

O qeyd edib ki, ikinci istiqamət isə perspektivli strukturların öyrənilməsi, onlarda axtarış-kəşfiyyat quyuları qazımaqla neft-qazlılığının aşkar edilməsi və işlənməyə verilməsi ilə əlaqədardır: “Bu məqsədlə geoloji-geofiziki çöl işləri davam etdirilir. Belə ki, növbəti ildə Xəzər dənizinin cənub istiqamətində quru-dəniz keçid zonasını öyrənməklə yeni perspektivli sahələrin aşkarlanması proqnozlaşdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR