İlin əvvəlindən Naxçıvan iqtisadiyyatına 123 milyon manatdan çox kredit yatırılıb

İlin əvvəlindən Naxçıvan iqtisadiyyatına 123 milyon manatdan çox kredit yatırılıb
# 08 sentyabr 2015 09:53 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikası iqtisadiyyatına 123 mln. 130 min manat kredit qoyulub.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə qısamüddətli kredit qoyuluşu 15 mln. 699 min manat, uzunmüddətli kredit qoyuluşu 107 mln. 430 min manat təşkil edib.

Bu ilin ilk 8 ayı ərzində muxtar respublikanın bank və digər kredit təşkilatları tərəfindən 52 mln. 892 min manat kredit verilib ki, bunun da 37 mln. 284 min manatını uzunmüddətli kreditlər təşkil edir. Verilmiş kreditlərin 14 mln. 552 min manatı kənd təsərrüfatının, o cümlədən 1 mln. 532 min manatı bitkiçiliyin, taxılçılığın, kartofçuluğun və bostan-tərəvəz məhsulları istehsalının, 1 mln. 59 min manatı isə arıçılıq və quşçu­luğun payına düşür.

Ümumilikdə, verilmiş kreditlərin 11 mln. 642 min manatı sənaye, 556 min manatı tikinti, 4 mln. 714 min manatı kommersiya, 5 mln. 921 min manatı nəqliyyat, 4 mln. 976 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditləri və digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR