Gün ərzində axtarışda olan 47 nəfər saxlanılıb

Gün ərzində axtarışda olan 47 nəfər saxlanılıb
# 21 iyul 2018 07:10 (UTC +04:00)

DİN-in mətbuat xidməti iyulun 20-dən 21-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.

APA-nın xəbərinə görə, daxili işlər orqanları tərəfindən gün ərzində 114 cinayət faktı qeydə alınıb, onların da 22-si “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 47 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR