İsrailin Azərbaycandakı səfiri Aleksandr Lapşinin əfv olunmasına münasibət bildirib

İsrailin Azərbaycandakı səfiri Aleksandr Lapşinin əfv olunmasına münasibət bildirib
# 11 sentyabr 2017 13:54 (UTC +04:00)

İsrailin Azərbaycandakı səfiri Dan Stav Aleksandr Lapşinin əfv edilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı sərəncama münasibət bildirib.

Səfir APA-ya bildirib ki, əfv qərarını müsbət qarşılayır. Səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayıb: “Əvvəllər də qeyd etdiyimiz kimi, İsrail Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və Minsk qrupunun səylərini dəstəkləyir”.

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya edilib. A. Lapşin Azərbaycan Cinayət Məcəlləsinin 281.2-ci (dövlətə qarşı açıq çağırışlar) və 318.2-ci (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunub.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 318.2-ci (sərhədi qanunsuz keçmək) maddəsi üzrə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Lapşin Aleksandr Valeryeviçin əfv edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən A. Lapşin qanunvericiliyin tələblərinə uyğun olaraq cəzasının qalan hissəsini çəkməkdən azad ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR