ABŞ-da 11 sentyabr teraktına görə Səudiyyə Ərəbistanının hüquqi şəxslərinə qarşı iddia irəli sürülüb

ABŞ-da 11 sentyabr teraktına görə Səudiyyə Ərəbistanının hüquqi şəxslərinə qarşı iddia irəli sürülüb
# 14 aprel 2017 05:26 (UTC +04:00)

ABŞ-ın iyirmidən çox sığorta şirkəti 11 sentyabr terror aktına görə Səudiyyə Ərəbistanının iki bankı, Üsamə ben Ladenin ailəsi ilə əlaqəli şirkətlər və bir neçə xeyriyyə təşkilatına qarşı ümumi məbləği 4.2 mlrd. dollardan çox olan iddia irəli sürüblər.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, həmin qurumlar “Əl-Qaidə”nin xeyrinə bir sıra addımlar vasitəsilə terror aktlarına dəstək göstərməkdə və təhrik etməkdə ittiham olunurlar.

Bundan əvvəl terror qurbanlarının 800-dək qohumu Səudiyyə Ərəbistanına qarşı kollektiv iddia irəli sürüb. İddiaçılar Səudiyyə Ərəbistanını “Əl Qaidə”ni maliyyələşdirməkdə və digər dəstək göstərməkdə ittiham edərək krallıqdan kompensasiya tələb ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR