Ağdaşda yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb

Ağdaşda yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
# 08 iyul 2017 10:18 (UTC +04:00)

Ağdaşda bir ailədən 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Bak-Qazax yolunun Ağdaşın Ləki qəsəbəsindən keçən hissəsində “VAZ-21011” markalı minik avtomobili ilə “QAZel” markalı yük avtomobili toqquşub.

Nəticədə Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Musayeva Billurə Mamed qızı, onun bacısı, Goranboy sakini, 1968-ci il təvəllüdlü Məmmədova Lətafət Mamed qızı, Gəncə sakini, 1984-cü il təvəllüdlü Musayev Məqsəd Maqsud oğlu, onun 3 aylıq uşağı Musazadə Maqsud Məqsəd oğlu, Goranboy sakini, 2007-ci il təvəllüdlü Məmmədov Nahid Xalid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR