Şəkidə meşədə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB-1

Şəkidə meşədə baş vermiş yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB-1
# 31 iyul 2017 19:12 (UTC +04:00)

Şəkidə baş verən yanğın tam söndürülüb.

Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün günorta saat 13:35 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Göynük meşəbəyliyinin 2 saylı dolayında və həmin əraziyə bitişik rayonun Baqqal kənd bələdiyyəsinə məxsus kol-kos və quru ot sahələrində baş verən yanğın axşam saat 20:25 radələrinə tam söndürülüb.

Yanğın nəticəsində ümumilikdə 18 hektar ərazidə kol-kos və quru ot yanıb. Yanğının daha da genişlənərək meşəlik əraziyə keçməsinin qarşısı alınıb. Yanğının söndürülməsində FHN-nin Şəki, Qax və Zaqatala rayonlarının DYMH- nin texnikaları və şəxsi heyətləri ilə birlikdə Ekologiya və Təbii Sərvətlər

Nazirliyinin Şəki və Qax Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin əməkdaşları da iştirak edib.

Faktla bağlı araşdırma aparılır.

***

18:53

Şəki rayonunun Bakkal kəndi yaxınlığında Göynük meşəbəyliyinin 2 saylı dolayında baş vermiş yanğın lokallaşdırılıb.

APA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verdiyi məlumata görə, yanğın baş vermiş əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki və Qax Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin, habelə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Hava şəraitinin küləkli olması səbəbindən yanğının söndürülməsində çətinliklər yaransa da, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin və ETSN-nin əməkdaşlarının ciddi səyləri nəticəsində yanğını lokallaşdırmaq mümkün olub. Meşənin kol-kos ərazisində baş verən yanğının qarşısının alınması və közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edilir.

İlkin ehtimala görə yanğının baş verməsinə səbəb vətəndaşların odla ehtiyatsız davranması olub.

*** 17.42

Şəki rayonunda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadın verdiyi məlumata görə, ilkin məlumata əsasən, Şəki rayonu, Biləcik kəndində meşə zolağında kol-kos və quru ot yanır.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və texnikası cəlb edilib. Yanğının söndürülməsi istiqamətində işlər görülür. Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR