ATƏT nümayəndələri Tovuz rayon İH başçısı ilə görüşüblər

ATƏT nümayəndələri Tovuz rayon İH başçısı ilə görüşüblər
# 25 iyul 2018 09:37 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi mandatına uyğun olaraq bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinq keçirilir.

APA-nın qərb bürosunun məlumatına görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuşter keçirir. Onlar əvvəlcə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovla görüşüblər. ATƏT-in nümayəndələrinə rayonun sərhəd kəndlərindəki vəziyyət barədə məlumat verilib.


Daha sonra ATƏT nümayəndələri Tovuzun Ağdam kəndində monitorinq aparmaq üçün həmin əraziyə yol düşüblər.


Məlumata görə Ermənistan tərəfindən monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yovçi, Mixail Olaru və Saymon Tiller keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR