Türkiyə PKK-nın İraqın şimalındakı mövqelərinə hava zərbələri endirib, 22 terrorçu məhv edilib

Türkiyə PKK-nın İraqın şimalındakı mövqelərinə hava zərbələri endirib, 22 terrorçu məhv edilib
# 21 yanvar 2017 01:54 (UTC +04:00)

Türkiyənin Hərbi-Hava Qüvvələri PKK-nın İraqın şimalındakı mövqelərinə zərbələr endirib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 22 terrorçu məhv edilib.

Məlumata görə, yanvarın 18-də Qəndil dağı bölgəsində əməliyyat zamanı 13 terrorçu məhv edilib, 9-u yaralanıb.

Türkiyə Hərbi Hava Qüvvələrindən verilən məlumata görə, əməliyyat nəticəsində terrorçulara aid 8 hədəf məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR