Narkotik tərkibli bitkilər əkən şəxs məhkəmə zalında həbs olunub

Narkotik tərkibli bitkilər əkən şəxs məhkəmə zalında həbs olunub
# 19 yanvar 2017 09:03 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik tərkibli bitkiləri əkməkdə təqsirləndirilən Əbülfəz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ə. Hüseynov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

İttihama görə, Əbülfəz Hüseynov Sumqayıtda həyətyanı sahədə narkotik mənşəli bitkilər əkib. Ona qarşı Cinayət Məcəlləsinin 237.1 (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etmə) maddəsi ilə cinayət işi başlanıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR