Göyçayda 150 hektar sahədə quru ot və xırda ağaclar yanıb

Göyçayda 150 hektar sahədə quru ot və xırda ağaclar yanıb
# 27 iyul 2018 13:45 (UTC +04:00)

Göyçayda güclü yanğın baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün günorta saatlarında rayonun Bığır kəndi ərazisində başlayan yanğın qısa vaxtda geniş ərazini əhatə edib.

Hadisə zamanı 150 hektar sahədə quru ot, xırda ağaclar və kol-kos yanıb. Əraziyə FHN-in Göyçay, İsmayıllı, Ağsu, Ucar və Ağdaş rayonlarının Yanğından Mühafizə Hissələrinin 8 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər 110 hektar nar bağını və Bığır kənd sakinlərinə məxsus fərdi yaşayış evlərini alovdan mühafizə ediblər. Hazırda yanğın davam edir.

Alovun qarşısının alınması üçün tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR