Ağcabədidə avtomobillə toqquşan traktor hasarı uçurub

Ağcabədidə avtomobillə toqquşan traktor hasarı uçurub
# 06 dekabr 2016 14:13 (UTC +04:00)

Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Hindarx qəsəbəsində Elməddin Məmmədov idarə etdiyi 19 BA 242 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı avtomobil traktorla toqquşub.

Zərbənin gücündən traktorun qoşqusu aşaraq yolun kənarında hasara dəyərək, bir hissəsini uçurub. Nəticədə sürücü E. Məmmədov xəsarət alıb və Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR