Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildən meyit tapılıb
# 29 avqust 2015 04:59 (UTC +04:00)

Bakı - APA. Bakıda mənzildən meyit tapılıb

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhərinin Nəsimi rayonunda, mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilin giriş qapısını açıb, 1972-ci il təvəllüdlü Musayev Mansur Rüstəm oğlunun cəsədini aşkar edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:32-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR