Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb

Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb
# 28 may 2017 19:30 (UTC +04:00)

Qazaxda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xanlıqlar kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan iki “VAZ2106” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR