Siyəzəndə kafe yanıb

Siyəzəndə kafe yanıb
# 05 fevral 2018 23:30 (UTC +04:00)

Siyəzəndə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Siyəzən rayonu, Beşdam kəndində hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 480 m2 olan kafenin lambirdən ibarət tavanı 25 m2 sahədə yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR