Maştağada iki nəfər bir-birini bıçaqlayıb

Maştağada iki nəfər bir-birini bıçaqlayıb
# 15 oktyabr 2016 10:36 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakinləri Qəzənfər Ələsgərov və Əfqan Quliyev münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər. Xəstəxanaya yerləşdirilən Əfqan Quliyevin vəziyyəti ağır, Qəzənfər Ələsgərovun vəziyyəti isə orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR