Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
# 03 aprel 2018 10:59 (UTC +04:00)

Daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 7 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Anar Əkbərovda 5,150 kq marixuana aşkarlanıb.

Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Həmid Axundovdan 70 qram marixuana və 1 ədəd bıçaq, yaşadığı evdən əlavə olaraq 1 kiloqram 745 qram marixuana, nömrəsi silinmiş “AK-74” silahı, 1 ədəd patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR