Azərbaycanda qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi açıqlanıb

Azərbaycanda qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi açıqlanıb
# 31 may 2018 12:19 (UTC +04:00)

Azərbaycanda qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin yanvar-aprel ayları üçün reytinqi açıqlanıb.

"APA-Economics"in məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin may ayı üçün sayında qeyd olunub ki, bu ilin yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "MKT İstehsalat Kommersiya" MMC, "Baku Steel Company" MMC, "Aqrodoctor" MMC, "Metalçılar-2" MMC, "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC, "Sun Food" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC və "Gilan tekstil park" MMC qərarlaşıb.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ATSC, "Det-al Alüminium" MMC, “CTS-Agro” MMC, "Azergold" QSC, "Azərbaycan Hava Yolları" QSC, "SOCAR Methanol" MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, “Qaz ixrac idarəsi” və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR