Borca görə iki vergi ödəyicisinin 106 min manatlıq üç əmlakı hərraca çıxarılıb

Borca görə iki vergi ödəyicisinin 106 min manatlıq üç əmlakı hərraca çıxarılıb
# 25 yanvar 2018 08:01 (UTC +04:00)

Vergilər Nazirliyi vergi borcuna görə Şirvan şəhərində 3 vergi ödəyicisinin əmlaklarını hərraca çıxarıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, vergi ödəyicisi Hüseyn Bayramovun Şirvan şəhəri, Xəqani küçəsi 367 nömrəli bağ evinə 41 min manat qiymət qoyulub.

Bağ evinin ilkin hərrac qiyməti də 41 min manat məbləğində dəyərləndirilib. Hərracda iştirak etmək istəyənlər 4100 manat beh verməlidir.

Bundan başqa, fiziki şəxs Əlirza Kərimova məxsus mənzil və qeyri-yaşayış binası da vergi borcuna görə hərraca çıxarılıb. Şirvan şəhəri H.Əliyev prospektində 1/8 ünvanında yerləşən 102,4 kvadratmetrlik qeyri-yaşayış binasına 45 000 manat, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 9 ünvanında olan mənzilə isə 20 000 manat qiymət qoyulub.

Qeyri-yaşayış binası ilə bağlı hərracda iştirak etmək istəyənlər 4500, mənzil hərracında iştirak etmək istəyənlər 2000 manat beh verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR