Salyanda orta məktəb müəllimi 4 il əvvəl itkin düşüb

Salyanda orta məktəb müəllimi 4 il əvvəl itkin düşüb
# 12 fevral 2018 15:33 (UTC +04:00)

Salyanda orta məktəb müəllimi itkin düşüb.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, bu ilin yanvar ayında rayon sakini, 1979-cu il təvəllüdlü Ramella Bilman qızı Bayramovanın 2014-cü ildən itkin düşməsi barədə şöbəyə məlumat daxil olub. Daxil olan məlumat əsasında axtarışlara başlanıb.

Onu da qeyd edək ki, R. Bayramova ali təhsillidir, orta məktəblərin birində ibtidai sinif müəlliməsi işləyib.

Polis R. Bayramovanın fotosunu da APA-ya təqdim edib.

Onu görənlərdən Daxili İşlər Nazirliyinin “102” xidmətinə və ya Salyan rayon Polis Şöbəsinə (021-25 5-51-12) məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR